Prezident İlham Əliyev iyulun 30-da görkəmli kinoaktyor, Xalq artisti Həsən Məmmədovun anadan olmasının 80 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda vurğulanır ki, 2018-ci ilin noyabr ayında  SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Ağaməmməd oğlu Məmmədovun anadan olmasının 80 illiyi tamam olur. Həsən Məmmədov Azərbaycan kinosunun qızıl fondunu təşkil edən filmlərdə təkrarolunmaz ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlərlə ölkənin mədəniyyət xəzinəsini zənginləşdirib.

Sərəncamda Mədəniyyət Nazirliyinə Həsən Məmmədovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.