Dənizkənarı Milli Parkın ərazisində yerləşən obyektlərin görünüşü ilə bağlı vahid tələblər konsepsiyası və müvafiq yenidənqurma (rekonstruksiya) proqramı hazırlanacaq.

Bu məsələ iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bulvar İdarəsi ilə razılaşdırılmaqla, Dənizkənarı Milli Parkın ərazisində yerləşən obyektlərin görünüşü ilə bağlı vahid tələblər konsepsiyasının və müvafiq yenidənqurma (rekonstruksiya) proqramının layihəsini üç ay müddətində hazırlayıb ölkə başçısına təqdim etməlidir.

Fərmanla “Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi” təsdiq edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Dənizkənarı Bulvar İdarəsinin istifadəsində olan dövlət əmlakının Bulvar İdarəsinin balansına verilməsini bir ay müddətində təmin etmək tapşırılıb.