Prezident İlham Əliyevin 30 iyul tarixli sərəncamı ilə Ceyran Mahmudova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru təyin edilib.

Tanınmış musiqişünas, professor Ceyran Mahmudova görkəmli bəstəkar Emin Sabitoğlunun qızıdır. O, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışıb, 2017-ci ildən ADMİU-nun Musiqi sənəti fakültəsinin dekanı işləyib.