Mədəniyyət Nazirliyi sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsini, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsini, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsini təmin etmək məqsədi ilə məktəblərə pedaqoji kadrların işə qəbulu vakant yerlər əsasında müsabiqə yolu ilə aparılır.
Respublikanın uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinə pedaqoji kadrların işə qəbulu üzrə V müsabiqənin qaydaları, mövcud vakansiyalar və digər məlumatlar 2018-ci ilin 15 avqust tarixində nazirliyin internet saytının (www.mct.gov.az) və “Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalı”nın (www.music.mctgov.az) “Elanlar” bölməsində yerləşdiriləcək.