Litvanın böyük kinoteatrlarından olan “Vinqis”də Xocalı faciəsi ilə bağlı ictimaiyyət üçün fərdi təhqiqat aparan litvalı və skandinaviyalı rejissorların hazırladığı “Sonu olmayan dəhliz” (“Endless corridor”) sənədli filminin təqdimatı keçirilib.
“Xocalıya ədalət” beynəlxalq kampaniyasının Litva üzrə əlaqələndirmə qrupundan bildiriblər ki, bu, xarici rejissorların Xocalı mövzusu ilə bağlı çəkdikləri ilk sənədli ekran əsəridir.
Təqdimat mərasimində Litvanın aparıcı KİV nümayəndələri, parlamentin deputatları, dövlət və hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, Azərbaycanın bu ölkədəki səfiri Həsən Məmmədzadə və tanınmış kinematoqrafçılar iştirak ediblər.
“Biz çalışdıq avropalı tamaşaçılara Qarabağ müharibəsinin ən dəhşətli səhifəsini - təəssüf ki, Qərbdə az tanınan Xocalı faciəsini göstərək”, - deyə rejissor Mindaqus Urbanoviç bildirib.