Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialında “Azərbaycan kinosu – 120” adlı fotostend yaradılıb.

Fotostenddə milli kino salnaməsinin bir-birindən maraqlı, yaddaqalan, eyni zamanda, rejissor peşəkarlığı, aktyor sənətkarlığı ilə fərqlənən ekran əsərləri öz əksini tapıb.

Stendin təqdimatında Azərbaycan kinosunun tarixindən söz açılıb. Bildirilib ki, milli kino xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.

Sonda oxucular Azərbaycan kinosu haqqında fotostendlə tanış olublar.