Avqustun 19-da “YARAT” Müasir İncəsənət Mərkəzində uşaqlar üçün tam fərqli quruluşda “Muzeyi kəşf et” adlı interaktiv ustad dərsləri keçiriləcək.

Uşaqlar hindistanlı rəssam Şilpa Quptanın “Mən bu lisanə sığmazam” sərgisi ilə tanış olacaq, komandalara bölünüb məntiqi tapşırıqları həll edəcəklər. Ustad dərslərində 8-12 yaşlı uşaqlar iştirak edə bilər. Dərslər Azərbaycan dilində aparılacaq.