Məşhur “Prostokvaşino” cizgi filminin rejissor-multiplikatoru, çoxlu sayda uşaq kitablarına illüstrasiya çəkmiş Arkadi Şer 84 yaşında vəfat edib.

A.Şer 1959-1992-ci illərdə “Soyuzmultfilm”də işləyib. 40-a yaxın filmdə rəssam olub. 1979-cu ildən rejissor-rəssam kimi fəaliyyətini davam etdirib.