Taras Şevçenkonun soydaşımız tərəfindən hazırlanan heykəlləri Ukrayna və Sloveniyada ucaldılacaq
Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş, həmyerlimiz Seyfəddin Qurbanov tanınmış yazıçı, şair Taras Şevçenkonun (1814-1861) heykəlini hazırlayıb. Heykəl Vinnitsa şəhərinin mərkəzi hissəsində ucaldılacaq.
Bu barədə məlumat verən heykəltəraşın sözlərinə görə, abidənin hündürlüyü 3,5 metrdir. Yaxın vaxtlarda heykəlin açılışı olacaq.
S.Qurbanov Taras Şevçenkonun daha bir heykəlinin yaradılması ilə bağlı sifariş alıb. Heykəl Sloveniyada ucaldılacaq. Artıq bununla bağlı Ukraynanın Sloveniyadakı səfirliyi müvafiq işləri həyata keçirir.