Noyabrın 5-6-da Bakıda V Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfrans “XXI əsrdə teatrın fəlsəfəsi: mövcudluq konsepsiyası” mövzusuna həsr ediləcək.
Bu barədə ASSITEJ-in (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası) saytında məlumat yer alıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçiriləcək konfrans çərçivəsində beynəlxalq teatr ekspertləri tərəfindən ustad dərsləri, seminarlar, treninqlər təşkil olunacaq.