ABŞ-ın geniş auditoriyaya malik olan “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor Azərbaycanda səfərdə olub və silsilə verilişlər hazırlayıb.

Con Batçelorun hazırladığı növbəti veriliş Gəncə şəhərinə həsr edilib.

O, vurğulayıb ki, verilişin hazırlanmasında əsas məqsəd amerikalı dinləyiciləri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə ilə yaxından tanış etməkdir.

Qeyd edib ki, Gəncə qədim şəhərdir, Nizami yurdudur. Şəhərdə bir çox parklar, xiyabanlar, muzeylər var. Lakin bu deyilənlərin canlı şahidi olmaq üçün, əlbəttə ki, Gəncəyə gəlmək lazımdır. Con Batçelorun Azərbaycana səfəri çərçivəsində Tərtər rayonunun cəbhə xəttindəki Qapanlı kəndindən hazırladığı reportaj da bu günlərdə efirə gedib.

Reportajın əvvəlində aparıcı deyib ki, o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumata malik deyil və təmas xəttində baş verənləri, burada yaşayan insanlara dəyən zərəri görmək onda böyük narahatlıq doğurub. Verilişdə münaqişə və Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə həqiqətlər amerikalı dinləyicilərə çatdırılıb.