Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) və onun həyat yoldaşı, Azərbaycanın Xalq artisti Yusif Eyvazov (tenor) avqustun 23-də Monakoda Monte-Karlo Opera Teatrında konsert proqramı ilə çıxış edəcəklər.

Monte-Karlo Opera Teatrının saytında yer alan məlumata görə, konsertdə С.Verdi, N.Rimski-Korsakov, С.Puççini və başqalarının əsərləri səsləndiriləcək.

Dünya operasının ulduzu A.Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, mütəmadi olaraq konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda beynəlxalq müsabiqənin baş mükafatına layiq görülüb. 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub.