Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının Biznes inkubasiya mərkəzi “Kitab” layihəsinin inkubasiya proqramını qəbul edib.

AMEA-dan bildirilib ki, layihə cəmiyyətdə mütaliənin təbliği, kitablar haqqında sistemli informasiyanın toplanması, statistik məlumatların hazırlanması kimi funksiyaları icra edən onlayn platformadır. Mərkəz layihə komandasını iş mühiti ilə təmin edəcək. Həmçinin mentorluq və məsləhətçilik xidmətləri ilə layihə inkişaf etdikdən sonra nəticəyə əsasən investorlarla görüş təşkil olunacaq.