Aprelin 6-da Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə reallaşan “Yeni nəfəs” qısametrajlı filmlər üçün ssenari müsabiqəsinin yekunları və qaliblərin mükafatlandırılması ilə bağlı tədbir keçiriləcək. Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, müsabiqəyə 170-dən artıq müəllif 250-dən çox ssenari təqdim edib. Ssenarilər 7 nəfərdən ibarət münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib. Tədbirdə qaliblərə diplom və pul mükafatı təqdim olunacaq.