Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Rusiyada 17-ci Baykal Beynəlxalq “İnsan və təbiət” kinofestivalının müsabiqə proqramında nümayiş olunacaq. Kinofestival 21-25 sentyabr tarixində İrkutsk şəhərində keçiriləcək.

Bir sıra beynəlxalq film festivallarında nümayiş olunan və mükafatlara layiq görülən bu ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”).

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırıblar.

Qeyd edək ki, festivalda eyni kateqoriyada Hindistan, Braziliya, Rusiya və Türkiyə kinematoqrafçılarının filmləri də təqdim ediləcək. “İnsan və təbiət” kinofestivalı 1999-cu ildən keçirilir.

LALƏ