Amerikalı aktrisa Skarlett Yohansson 2017 və 2018-ci illərin iyun ayları arasında olan dövr ərzində 40,5 milyon dollar qazanc əldə edib və “Forbes” jurnalının versiyasına görə, ən yüksək maaşlı aktrisa olub.
S.Yohanssonun “Qara dul qadın” filmində oynadığı rus casusu rolu onun gəlirini 4 dəfə artırıb.
Siyahıda ikinci yeri “Malefisenta 2” ekran əsəri sayəsində 28 milyon dollar qazanmış Ancelina Coli tutub.
“Dostlar” teleserialının ulduzu Cennifer Eniston ötən illə müqayisədə bir pillə geriləyib və 19,5 milyon dollar ilə üçüncü mövqedə qərarlaşıb. Beşlikdə son iki yeri Cennifer Lourens və Riz Uizerspun tutub.