“Art Tower” rəsm qalereyasında ənənəvi Dekorativ-tətbiqi sənət festivalı keçiriləcək. Festival Gənclər Şəbəkəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Mədəniyyət Nazirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə təşkil olunacaq.
“Arts Council Azerbaijan” təşkilatından bildiriblər ki, festivalda batika, qobelen, keramika, şəbəkə, xalça növlərinə aid əsərlər nümayiş olunacaq. Festivalın məqsədi dekorativ-tətbiqi sənət növlərini təbliğ etmək, gənc nəsil arasında maraq yaradaraq bu milli sənət növlərinin inkişafına kömək etməkdir.
İştirakçılar əsərlərinin fotosunu sergi@artscouncil.az elektron ünvanına göndərə bilərlər. Hər iştirakçı beş əsərinin fotosunu göndərə bilər. Fotolar kiçik ölçüdə olmalıdır. Festivala son müraciət tarixi sentyabrın 30-da başa çatır.