Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon Mədəniyyət Mərkəzi Ədliyyə Nazirliyinin N saylı alayında Qurban bayramına həsr olunmuş tədbir keçirib.
Aparıcı Humay Muxtarova hər kəsi salamlayıb, bayram münasibətilə təbrik edib.
Sonra tanınmış müğənni Xatun şən mahnılardan ibarət konsert proqramı ilə çıxış edib. Onun ifaları əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb.
Daha sonra Leyla Hümbətova şeirlər səsləndirib.
Sonda hər iki qonağa N saylı alay adından fəxri fərmanlar təqdim edilib.