Sağlamlıq imkanları məhdud uşaqlara göstərilib
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud uşaqlar üçün “Qoğalın sərgüzəşti” tamaşası göstərilib.
Tamaşanın quruluşçu rejissoru Nadir Hüseynov, quruluşçu rəssamı Ədalət Quliyev, bəstəkarı Əli Məmmədovdur.
Səhnə əsəri muxtar respublikanın Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin təşkilatçılığı ilə nümayiş olunub.
Dovşan, Tülkü, Şir, Canavar, Kirpi, İvan, Marusya, Ayı personajlarını teatrın aktyorları Əfqanə Ələsgərova, Vəsmə Quliyeva, İlqar Babayev, İlham Babayev, Süleyman Süleymanov, Ulduz Süleymanova, İbad Nəbiyev və başqaları canlandırıblar.
Tamaşada hadisələr lovğa və təkəbbürlü Qoğalın başına gələn sərgüzəştlər üzərində qurulub.