Cizgi filminin xeyriyyə nümayişi keçirilib

Avqustun 28-də “CinemaPlus 28 Mall” premium kinoteatrında Kanada istehsalı olan “Qar adamın axtarışında” animasiya filminin uşaqlar üçün xeyriyyə nümayişi keçirilib. Cizgi filminin rejissorları Pyer Qreko və Nensi Sevarddır.

“Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar səviyyədə dublyaj edilən cizgi filminin nümayişindən əvvəl uşaqlar üçün sehrbaz Anarın iştirakı ilə əyləncəli proqram təşkil olunub.

Animasiya filmini Vüsal Xalıqoğlu, Mətanət Abbaslı, Rövşən Məmmədli, Pərviz Məmmədrzayev, Emin Nəsirli və başqaları dublyaj ediblər.

Dublyajın rejissoru Vüsal Məmmədov, redaktoru Vüqar Hüseynov, səs rejissoru Natiq Şəkərəliyev, səs operatoru Rəhman Hacıyevdir. Filmin post-prodakşn supervayzeri Vüqar İslamzadə, icraçı prodüseri Emil Davudzadə, baş prodüseri Cəfər Axundzadədir.