Sentyabrın 2-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

İlk dəfə olaraq Şuranın iclasında fəxri qonaq qismində Macarıstan da təmsil olunub.

Tədbirdə türk dövlətləri arasında ticari-iqtisadi, mədəni-humanitar sahələrdə regional əməkdaşlığın dərinləşdirilməsi, Türk Şurasının və digər qurumların inkişaf perspektivləri müzakirə edilib.

Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti ilə bağlı sazişlər imzalanıb. Həmçinin Macarıstana Türk Akademiyasında müşahidəçi statusu verilməsi ilə bağlı qərar qəbul edilib.