7-10 sentyabr tarixində Nizami Kino Mərkəzində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Nizami Kino Mərkəzi və Rusiyanın “Kinofest” Prodüser Mərkəzinin təşkilatçılığı ilə “Rusiya kinosu həftəsi” keçiriləcək.
Sentyabrın 7-də açılış mərasimindən sonra rejissor Sergey Mokritskinin 2018-ci ildə istehsal olunmuş “Çernovik” bədii filmi nümayiş olunacaq.
Kino həftəsi çərçivəsində rejissor Yekaterina Teleqinanın Azərbaycan aktyorlarının da yer aldığı “Kilimandjara” komediya filmi (8 sentyabr), rejissor Danila Kozlovskinin dram janrında çəkdiyi “Trener” filmi (9 sentyabr) və Klim Şipenkonun dram janrında çəkdiyi “Salyut - 7” bədii filmi (10 sentyabr) təqdim olunacaq.
Hər gün saat 18:30-da Nizami Kino Mərkəzinin böyük zalında başlayacaq seanslara giriş sərbəstdir.