Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) yeni layihəyə start verilib.
Kitabxanadan bildirilib ki, layihə çərçivəsində Xəzər rayonunun qəsəbə və kəndlərində “Bütün ailəliklə oxuyuruq”, “Oxucunu birlikdə böyüdürük” adlı müsabiqələr, oxu günləri, mütaliə saatları təşkil olunub. Kitab sərgilərində bəzi vətəndaşların şəxsi kitabxanalarından nümunələr, kitabça kolleksiyaları, habelə mütaliəyə dair qeydlər və inşalar nümayiş edilir.
Layihənin “Uşaqlar uşaqlar üçün oxuyur” aksiyası Mərdəkan, Şüvəlan, Şağan, Türkan qəsəbələrində reallaşıb. Bununla yanaşı, rayonun müxtəlif ərazilərində yay oxu zalları təşkil olunmaqla yanaşı, nisbətən böyük yaşlı uşaqlar kiçik yaşlıların mütaliəsinə rəhbərlik edib, kollektiv oxu günləri həyata keçirilib.
Yaxın vaxtlarda MKS “Siz hələ də oxumursunuz? O zaman biz sizə gəlirik” adlı aksiyaya start verəcək.