İran İslam Respublikası Elm, Tədqiqat və Texnologiya Nazirliyinin İran Elm və Texnologiya Təşkilatı 32-ci Beynəlxalq Xarəzm mükafatını elan edib.
Müsabiqənin əsas məqsədi elm və texnologiyanın müxtəlif sahələri üzrə mühüm nəticələr əldə etmiş tədqiqatçı və ixtiraçıların səylərinin qiymətləndirilməsidir.
Mükafat üçün iddiaçılar çalışdıqları elmi müəssisə tərəfindən təqdim edilə bilərlər. Müraciətlər ingilis dilində təqdim olunmalıdır.
Materialların qəbulu noyabrın 20-dək aparılır. Beynəlxalq Xarəzm mükafatının laureatları dekabrda elan olunacaq. Mükafatlandırma mərasimi 2019-cu ilin fevralında keçiriləcək.
Əlavə məlumatı www.irost.org saytında əldə etmək mümkündür.