Azərbaycan Tərcümə Mərkəzinin dil və tərcümə işinin təkmilləşdirilməsi, ölkədə fəaliyyət göstərən peşəkar tərcümə mütəxəssislərinin müəyyənləşdirilməsi və sertifikatlaşdırılması üzrə seçim turları davam edir.

Mərkəzdən bildirilib ki, turlarda iştirak üçün müvafiq sənədlər qurumun info@aztc.gov.az ünvanına göndərilməli, yaxud Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edilməlidir.

Ətraflı məlumatı aztc.gov.az saytında əldə etmək olar.