Tanınmış aktyor Robert Redfordun karyerasında son filmi

Oktyabrın 26-dan noyabrın 3-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək 6-cı Beynəlxalq Boğaziçi Film Festivalının proqramı açıqlanıb.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəklədiyi, Beynəlxalq Boğaziçi Kino Dərnəyi və İstanbul Media Akademiyası tərəfindən təşkil olunan festival tanınmış aktyor Robert Redfordun rol aldığı “Qoca və silah” (The old Man and the Gun) filmi ilə başlayacaq.

Rejissor Devid Loverynin ekranlaşdırdığı filmdə R.Redfordla yanaşı, bir sıra tanınmış aktyorlar da rol alıb.

Son quldurluğuna hazırlaşan 70 yaşlı Forrest Takerin gerçək həyat hekayəsindən götürülən film Türkiyədə ilk dəfə göstəriləcək.

Gələn ilin “Oskar” yarışının da iddialı ekran əsərlərindən olan “Qoca və silah” həmçinin Robert Redfordun aktyorluq karyerasında son filmi kimi maraq doğurur.