Moskva sakinləri və qonaqlar sentyabrın 8-i və 9-da paytaxtın muzey və qalereyalarını ödəniş etmədən ziyarət edə biləcəklər. Bu barədə şəhər meriyası məlumat verib.
Meriyadan bildiriblər ki, bu addım Moskva şəhərinin əsasının qoyulmasının (1147-ci il) 871-ci ildönümü münasibətilə atılır. Bu əlamətdar hadisə ilə əlaqədar Moskvada 81 muzeyin ziyarəti ödənişsiz olacaq.
Xatırladaq ki, sentyabrın 8-də Moskvada “Şəhər günü” qeyd edilir.