Noyabrın 3-dən 6-dək Misirin Şarm əl-Şeyx şəhərində bu ölkənin dövlət başçısının himayəsi və iştirakı ilə 2-ci Dünya Gənclər Forumu təşkil olunacaq.

Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzindən bildirilib ki, tədbirdə iştirak etmək istəyənlər forumun elektron ünvanında (wyfegypt.com) qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçən hər kəsdən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə (012-561-12-17) müraciət etmələri xahiş olunur.