Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “British Council” təşkilatı və ölkədə fəaliyyət göstərən beşulduzlu mehmanxanalarla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” üzrə təlimlərə başlanılıb.
Təlimə Bakı və Gəncə şəhərləri, Qəbələ, İsmayıllı və Qusar rayonları üzrə peşə təhsili müəssisələrinin müvafiq ixtisas müəllimləri cəlb olunublar.
Böyük Britaniyanın “People 1st” təşkilatının əməkdaşı Ceyn Norman müəllimlər üçün təlim keçəcək. Dörd gün davam edəcək təlimin tədris materialları “People 1st” təşkilatı tərəfindən hazırlanıb.
Tədbirin keçirilməsinin əsas məqsədi layihə çərçivəsində hazırlanmış kurikulumların 2018-2019-cu tədris ilində tətbiqi ilə bağlı müəllimlərin təlimləndirilməsidir.
Qeyd edək ki, 2016-2017-ci tədris ilindən icra olunan müvafiq proqram layihəsi çərçivəsində peşə təhsili müəssisələrinin 240 məzununun 60 faizdən çoxu işlə təmin olunub.