Qəbələ Mədəniyyət mərkəzində M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani - Lənkəran” komediyası əsasında səhnələşdirilən eyniadlı tamaşa teatrsevərlərə yeni quruluşda təqdim edilib.
Tamaşa Qəbələ regional “ASAN Xidmət” mərkəzi və “ASAN Könüllüləri” təşkilatının dəstəyi ilə hazırlanıb.
Belə tədbirlərin keçirilməsində əsas məqsəd region gənclərinin təcrübə imkanlarını, bacarıqlarını, teatra olan marağını artırmaq, gənclərin istedad və qabiliyyətlərini üzə çıxarmaq, həmçinin könüllülük fəaliyyətini təşviq etdirməkdir.
Tamaşa teatr həvəskarları tərəfindən maraqla qarşılanıb.