Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 sentyabr 2018-ci il tarixli 381 saylı qərarına əsasən, “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Qərarın mətnini təqdim edirik.
* * *
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Q Ə R A R
№ 381
Bakı şəhəri, 10 sentyabr 2018-ci il
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti ilə bağlı bəzi məsələlər və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 254 nömrəli qərarında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq
Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilsin.
2. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 254 nömrəli qərarından (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1353) “7.4-cü,” sözü çıxarılsın.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1354) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 4.2-ci bəndi ləğv edilsin.
4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu qərardan irəli gələn məsələləri həll etsinlər.
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini Yaqub Eyyubov