Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət sarayının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, İvanovka kənd Mədəniyyət sarayının əsaslı təmiri, zəruri avadanlıq və inventarla təchizatı məqsədilə rayon İcra Hakimiyyətinə 2,5 milyon manat ayrılıb.