Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Balet İdarəsi tərəfindən 1994-cü ildən Antalyadakı Aspendos Antik Teatrında təşkil edilən beynəlxalq festival bu il 25-ci dəfə sənətsevərlərin görüşünə gəlib.

4-18 sentyabr tarixində keçirilən Aspendos Beynəlxalq opera və balet festivalı Cakomo Puççininin “Turandot” operası ilə açılıb.

Ayın 10-da yunan yazıçısı Nikos Kazandzakisin “Zorba” əsərinin balet tamaşası göstərilib. Mikis Teodorakisin musiqisi, Lorca Massinenin mətn və xoreoqrafiyası əsasında hazırlanan tamaşa indiyədək 30-dan çox ölkədə göstərilib.

Sentyabrın 13-də Rusiyanın Böyük Teatrının qala-gecəsi keçirilib.

Aspendos Beynəlxalq opera və balet festivalı sentyabrın 18-də Cüzeppe Verdinin “Aida” operasının nümayişi ilə başa çatacaq.

MEHPARƏ