Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova İCOM Azərbaycan Milli Komitəsi adından Braziliya Milli Muzeyinin direktoru Aleksandr Kellnerə məktub göndərib.
Məktubda bu yaxınlarda Braziliya Milli Muzeyində baş verən yanğın haqqında məlumatın dərin kədərlə qarşılandığı vurğulanır. Azərbaycanın muzey ictimaiyyəti adından Braziliya Milli Muzeyinin heyətinə, bu ölkənin muzey ictimaiyyətinə yanğın zaman baş verən “böyük milli itkilər qarşısında dərin kədər və həmrəylik” ifadə edilir.
Xatırladaq ki, sentyabrın 2-də Braziliyanın Rio de Janeyro şəhərində yerləşən, dünya əhəmiyyətli kolleksiyalarla zəngin olan muzeydə dəhşətli yanğın baş verib. Muzeydə saxlanılan 20 milyondan artıq eksponatın böyük hissəsi məhv olub.