Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi tanınmış yazıçı, Milli Məclisin deputatı Aqil Abbasın Dağlıq Qarabağda erməni işğalçılarına qarşı mübarizədən bəhs edən “Dolu” romanının motivləri əsasında “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş eyniadlı filmin Budapeştdə nümayişini təşkil edib.
Tədbirdə çıxış edən səfir Vilayət Quliyev Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə hərbi təcavüzünün fəsadları, qaçqınlar problemi barədə məlumat verib.
Filmin ssenari müəllifi, yazıçı Aqil Abbas son illər Azərbaycan kinosunun uğurlu nümunələrindən sayılan “Dolu” filmi üzərində yaradıcı işdən danışıb. Macarıstan parlamentinin üzvləri, diplomatlar, media təmsilçiləri, yaradıcı adamlar, Azərbaycan diasporunun və macar ictimaiyyətinin nümayəndələri ekran əsərini maraqla izləyiblər.