Milli musiqi gününə həsr olunan tədbir keçirildi
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində Milli musiqi gününə həsr olunan tədbir keçirildi.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq Üzeyir Hacıbəylinin ömür yolundan və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən danışdı. Qeyd olundu ki, həyatını başdan-başa xalqının tərəqqisi yolunda fəda edən böyük ziyalı hər bir sahədə istedad və bacarıq nümayiş etdirib.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək Üzeyir Hacıbəyli musiqisinin bənzərsizliyi və əbədiyaşarlığından söz açdı. Bildirdi ki, dаhi bəstəkar 1908-ci ildə ərsəyə gətirdiyi “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində оpеrа sənətinin əsasını qoyub. Yaradıcılığında hər zaman milliliyi qoruyub saxlayan Üzeyir bəy ölməz əsərlərində Azərbaycan milli musiqisindən, muğamlarımızdan bəhrələnib. O, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Koroğlu” və digər operaları, eləcə də digər janrlarda çoxsaylı əsərləri ilə Azərbaycan musiqi mədəniyyətinin zənginliyini, bənzərsizliyini nümayiş etdirib.
Nazir müavini qeyd etdi ki, Üzeyir Hacıbəylinin o dövr Azərbaycanın məişətinin, xalq adət və ənənələrinin əksini tapdığı “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad” musiqili komediyaları bu gün də teatrlarımızı bəzəyir: “Üzeyir Hacıbəyli Azərbaycanın dövlət himninin musiqisinin də müəllifidir. Xalqımız, sözün həqiqi mənasında, xoşbəxtdir. Çünki onun Üzeyir bəy kimi dahisi var”. Vurğulandı ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli musiqi günü kimi qeyd olunur. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2009-cu ildən etibarən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Festivalın konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. Ölkəmizin mədəni həyatında xüsusi yer tutan festival bu il 10-cu dəfə keçirilir.
Sevda Məmmədəliyeva çıxışının sonunda qeyd etdi ki, Prezident İlham Əliyevin müdrik siyasəti ilə tezliklə Azərbaycanın musiqi və sənət beşiyi Qarabağ işğaldan azad ediləcək, bu musiqi bayramını dahi bəstəkarın ata yurdu Şuşa şəhərində keçirəcəyik.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, dahi bəstəkar parlaq şəxsiyyəti, bənzərsiz yaradıcılığı ilə Azərbaycan xalqının qəlbində daim yaşayacaq: “Üzeyir Hacıbəyli ilə bağlı hər bir məlumatı təkrar-təkrar xatırlamaq bizim üçün şərəfdir. Musiqinin müxtəlif janrlarında şah əsərlər yaratmaq hər sənətkara nəsib olmur. Üzeyirbəymusiqimizə yeniformalargətirib”.
Firəngiz Əlizadə qeydetdiki, Bəstəkarlar İttifaqı tərəfindən “ÜzeyirHacıbəyli” medalı təsisolunub. O, medalı ÜzeyirHacıbəylininev-muzeyinindirektoruSərdarFərəcovvə professorTelmanAğdamskiyə təqdimetdi.
Xalqartisti, rejissor ƏflatunNemətzadə, professorTelmanAğdamski çıxış edərəkböyükmusiqiçininzənginyaradıcılığındansözaçdılar. Bildirildiki, Üzeyirbəy 300-dən çoxxalqmahnısını notasalıb, marş, kantata, fantaziya, mahnı və romans, kameravə xor əsərləriyazıb.
ÇıxışlardansonraBakı MusiqiAkademiyasınınIkurstələbələriElyar Əliyev, SübhanRüstəmov, VyanaKonservatoriyasınınIkurstələbəsiArzuNiyazivə başqalarınınifasındadahibəstəkarın “Sənsiz”, “Sevgilicanan” romansları və digər əsərlərisəsləndirildi. Bütünifalaralqışlarlaqarşılandı.
SavalanFƏRƏCOV