Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası “Xəzər” film layihəsi müsabiqəsi elan edib. Müsabiqə çərçivəsində gənc rejissorlar Xəzər dənizi mövzusunda tammetrajlı film layihələrini təqdim edə bilərlər. İlkin mərhələdə layihələrin qəbulu 15 iyun - 15 avqust tarixlərində aparılacaq. Tammetrajlı bədii film layihəsinin büdcəsi 250 min manatı aşmamalıdır. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası və ölkəyə dəvət olunacaq bir sıra müstəqil film prodüserlərinin əməkdaşlıq layihəsidir. Ətraflı məlumatı kinostudiyanın saytından (www.azerbaijanfilm.az) almaq olar.