Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dənizkənarı Milli Parkda Milli musiqi günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə məktəbin şagirdlərinin ifasında Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin müxtəlif əsərləri səsləndirilib. Təhsil ocağının “Alov” rəqs kollektivinin çıxışı, kiçik rəssamların əl işlərindən ibarət sərgi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.