Bakı Kitab Mərkəzində Milli musiqi gününə həsr olunmuş musiqi axşamı təşkil olunub.
Tədbirdə Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və fəaliyyətindən, milli musiqi xəzinəmizə verdiyi çoxsaylı töhfələrdən danışılıb.
Tədbirdə Xalq artisti Mənsum İbrahimov və “Qarabağ” muğam üçlüyü, xalq artistləri Murad Hüseynov, Gülnaz İsmayılova, Ülviyyə Hacıbəyova, Əməkdar artist Elnarə Kəbirlinskayanın ifasında musiqi nömrələri səsləndirilib.
Xalq artisti Mehriban Zəki Nəsimi, Məhsəti Gəncəvi, Mikayıl Müşfiq, Rəsul Rza və Vaqif Səmədoğlunun şeirlərini bədii qiraət edib.