İstedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərləri Fransanın Sen-Trope şəhərində sərgilənəcək. Şəhərin “Galerie JLM” qalereyasında rəssamın beş əsəri təqdim olunacaq.
“Voiles de Saint-Tropez” yelkənli qayıq yarışlarını izləmək üçün dünyanın müxtəlif ölkələrindən Fransaya gələcək səyyahlar oktyabrın 4-də Məryəm Ələkbərlinin vernisajında iştirak etmək və onun əsərləri ilə tanış olmaq imkanı qazanacaqlar.
Əsərləri dünyanın bir çox ölkələrində nümayiş olunmuş, Jerar Depardye, Maykl Duqlas, Con Travolta kimi böyük kolleksiyaçıların qəlbini fəth etmiş gənc azərbaycanlı rəssamın əl işləri bu ilin dekabrında ABŞ-da keçiriləcək “Aqua alArt Basel de Miami” sərgisində də nümayiş olunacaq.