Yuğ Dövlət Teatrı 30-cu mövsümünə repertuarındakı “Sonuncu” tamaşası ilə başlayıb. Pərvin Nurəliyevanın görkəmli rus yazıçı-dramaturqu Anton Çexovun yaradıcılığından bəhrələnərək qələmə aldığı pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb.
Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda hazırlanan tamaşada rolları Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova canlandırıb. Səhnə əsərinin quruluşçu rəssamı Ramiz Həsənoğlu, geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.
Yuğ teatrı oktyabrın sonu – noyabrın əvvəllərində Türkiyənin Adana şəhərində keçiriləcək beynəlxalq teatr festivalına dəvət alıb.
Teatrdan bildirilib ki, kollektiv festivala A.Çexovun əsəri əsasında hazırlanmış “Təklif. Elçilik” tamaşasını aparacaq. Səhnə əsərinə rejissor Günay Səttar quruluş verib.