Paytaxtın Yasamal rayonundakı Mikayıl Müşfiq bağında Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illiyi münasibətilə sərgi keçirilib.

Sərgi “Açıq kitabxana”, “XXI əsr gənclər kitabxanaları - ənənələr, innovasiyalar. Öyrənək, öyrədək” layihələri çərçivəsində reallaşıb.

Sərgidə Azərbaycan və rus dillərində müxtəlif sahələri əhatə edən 500-dək kitab oxuculara təqdim olunub. Həmçinin “İnformasiya daşıyıcıları” adı altında Azərbaycan və rus dillərində disklərə yer ayrılıb. Gün ərzində davam edən kitab sərgisi oxucuların, ədəbiyyatsevərlərin diqqətini cəlb edib.

Kitabxananın əməkdaşları onlara kitablar barədə məlumat verib. Kitabxanaya yeni oxucular üzv olub. Həmçinin sərgidə iştirak edənlərə kitabxana tərəfindən müxtəlif sahələrə dair kitablar hədiyyə edilib.