Bakının Xətai rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan İncəsənət mərkəzinin açılışı olub. Mərasimdə “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib.

Tədbiri layihənin rəhbəri Elnurə İsgəndərova açaraq qonaqlara yeni mərkəz barədə məlumat verib.

İncəsənət mərkəzinin direktoru Namiq Əliyev belə bir məkanın Milli Qəhrəmanın adını daşımasının qürurverici olduğunu söyləyərək bu işdə onlara dəstək verən hər kəsə minnətdarlığını bildirib.

Digər çıxış edənlər belə məkanların qəhrəmanların adını yaşatmaqla yanaşı, gənclərin vətənpərvər ruhda yetişməsində önəmli rol oynadığını bildiriblər.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgidə təsviri sənətin bütün növləri üzrə peşəkar və həvəskar rəssamların əsərləri nümayiş edilib.