Fədakar türk qadınından söz açan “Zərrəcik” filmi 35-ci Moskva Beynəlxalq Kinofestivalının əsas mükafatına layiq görülüb.
Münsiflər heyətinin sədri, İran rejissoru və yazıçısı Möhsün Məhməlbaf “Qızıl Georgi” mükafatını filmin yaradıcılarına təqdim edib.
Rejissor Erdem Tepegöz bildirib ki, ekran həyatı verdiyi əhvalatın başqa bir ölkədə başa düşülməsinə şaddır: “İnanıram ki, kinematoqraf dünyanı dəyişdirə bilər”.
Filmin qəhrəmanı Zeynəb qoca anası və əlil qızı ilə birlikdə İstanbul ətrafında baxımsız bir rayonda yaşayır. Ailə çətinliklə dolanır, üstəlik, filmin qəhrəmanını işdən çıxarırlar.
Filmdə çəkilmiş türk aktrisası Jalə Arıkan ən yaxşı qadın roluna görə mükafata layiq görülüb.