Sənədli filmin premyerası
   
   26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Müdafiə Nazirliyinin Muzeyində “Ağır illərin xronikası” sənədli filminin premyerası olub. Filmin müəllifi Ziya Şıxlinski bildirib ki, ekran əsəri 1918-ci ildə Azərbaycanın daşnak bandalarından azad olunmasında iştirak etmiş Qafqaz İslam Ordusuna həsr olunub. Filmin rejissoru və ssenari müəllifi Ziya Şıxlinski, operatoru Yuri Varnavskidir. Ekran əsəri Azərbaycan dilində prokata “Yazılıb tarixə bir qızıl xətlə” adı ilə çıxarılacaq.