Oktyabrın 10-da Kosta-Rika Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Jairo Lopez Azərbaycan Tərcümə Mərkəzində olub.

Görüşdə mərkəz tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş ispandilli ədəbiyyat nümunələrindən söz açılıb, Azərbaycan və Kosta-Rika arasında ədəbi əlaqələrin qurulması, Azərbaycan ədəbiyyatının Latın Amerikasının ispandilli ölkələrində tanıdılması və təbliğinin təşkilinə dair bir sıra məsələlər müzakirə edilib.