“Global Destination Cities Index” reytinqində Dubay səyahətçilər üçün ən bahalı şəhər kimi birinci yeri tutub.
“Mastercard”ın tərtib etdiyi reytinqə əsasən, səyahətçilər Dubayda orta hesabla 537 dollara yaxın pul xərcləyirlər.
Qlobal reytinqdə ikinci yeri Paris (301 dollar), 3-cü yeri isə Sinqapur (286 dollar) tutub. İlk beşliyə Seul (181 dollar) və Banqkok (173 dollar) daxildir.
Növbəti sıralarda Tokio (154 dollar), London (153 dollar) və Nyu-Yorkun (147 dollar) var.
Reytinqin tərtib edilməsi üçün “Mastercard” turistlərin 162 ölkədə etdiyi ödənişlər barədə məlumatlardan istifadə edib.