Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klublar arasında biçmə-tikmə dərnəkləri üzrə müsabiqə keçirilir.
Binə qəsəbə Mədəniyyət mərkəzində bununla bağlı təşkil olunan görüşdə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev bildirib ki, layihə dərnəklərin fəaliyyətinin stimullaşdırılması, uşaq, yeniyetmə və gənclərin yaradıcılıq dərnəklərinə daha geniş cəlb olunması, müəssisələr və dərnəklər arasında təcrübə mübadiləsinin təşkili, mədəniyyət müəssisələrinin müsbət sosial imicinin formalaşdırılması məqsədi daşıyır.
Mərkəzin əməkdaşları müsabiqə haqqında məlumat verib, iştirakçıları qayda və şərtlərlə tanış ediblər.