­A­zər­bay­can Ki­no­su Gü­nü qeyd olun­du
   
   2 av­qust 2013-cü il. Sa­at 18 ra­də­lə­ri. Ni­za­mi Ki­no Mər­kə­zi­nin qar­şı­sın­da­yam. Adi gün­lər­dən fərq­li ola­raq burada qə­lə­bə­lik var. Sə­bə­bi də bəl­li­dir... Hər bir ha­di­sə­nin əv­və­li bir ta­rix­dən baş­la­nır. Bi­zim ki­no­nun da ta­ri­xi 2 av­qust 1898-ci il­dən ya­zıl­ma­ğa baş­la­dı. Azər­bay­can ki­no­su 115 il­lik bir yol qət edə­rək növ­bə­ti yu­bi­le­yi­ni qeyd edir.
   
   Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi və Azər­bay­can Res­pub­li­ka­sı Ki­ne­ma­toq­raf­çı­lar İt­ti­fa­qı­nın bir­gə təş­ki­lat­çı­lı­ğı ilə Ni­za­mi Ki­no Mər­kə­zin­də ke­çi­ri­lən bay­ram təd­bi­ri­nə ki­no ic­ti­maiy­yə­ti­nin ta­nın­mış si­ma­la­rı, mə­də­niy­yət və in­cə­sə­nət xa­dim­lə­ri, ki­no­se­vər­lər, çox­lu me­dia mən­sub­la­rı təş­rif bu­yu­rub. Həm­kar­la­rım se­vim­li akt­yor­la­rı­mı­zın, ki­no iş­çi­lə­ri­nin bay­ram təb­rik­lə­ri­ni, elə­cə də ilk təq­di­ma­tı ke­çi­ri­lə­cək “Dər­vi­şin qeyd­lə­ri” fil­mi­nin ya­ra­dı­cı he­yə­ti­nin fi­kir­lə­rini len­tə alır­lar. Fo­ye­də­ki mo­ni­tor­lar­da “Dər­vi­şin qeyd­lə­ri” fil­min­dən kadr­lar nü­ma­yiş olu­nur, fil­min çə­ki­liş­lə­ri­ni za­ma­nın yad­da­şı­na kö­çür­müş fo­to­sər­gi də ma­raq­la qar­şı­la­nır.
   Biz də für­sət­dən is­ti­fa­də edib sə­nət­kar­la­rı­mı­zın ürək söz­lə­ri­ni eşit­mək is­tə­yi­rik.
   
   Bay­ram gü­nü­nün ürək söz­lə­ri
   
   Xalq ar­tis­ti Ra­sim Ba­la­yev: “Bu gün Azər­bay­can ki­no­su­nun ad gü­nü­dür. Ar­xa­ya çev­ri­lib ötən il­lə­rə nə­zər sa­lan­da, çə­ki­lən film­lə­ri­miz, dün­ya­sı­nı də­yi­şən akt­yor­la­rı­mız göz­lə­ri­miz qar­şı­sın­da can­la­nır. Bi­zim nə­sil ki­no üçün nə­lər et­di, bu­nu ta­ma­şa­çı da­ha yax­şı bi­lir. Bu gün isə ki­no­muz in­ki­şa­fa doğ­ru ge­dir və bu ha­mı­mı­zı se­vin­di­rir. Düz­dür, son vaxt­lar te­le­ka­nal­lar­da nü­ma­yiş olu­nan se­rial­lar və­tən­daş­la­rı­mı­zı qa­ne et­mir, am­ma za­man özü bu prob­le­mi həll edə­cək. Bu sa­hə də za­man­la in­ki­şaf edib bi­şə­cək. Bü­tün həm­kar­la­rı­mı təb­rik edir və ye­ni-ye­ni film­lər­lə biz­lə­ri se­vin­dir­mə­lə­ri­ni ar­zu­la­yı­ram”.
   Ə­mək­dar in­cə­sə­nət xa­di­mi, re­jis­sor Ra­miz Hə­sə­noğ­lu: “Keç­miş var, bu gün var və gə­lə­cək var. Bi­zim keç­mi­şi­miz bu gün­dən ası­lı ol­ma­ya­raq gə­lə­cə­yi­mi­zə ümid­lə bax­ma­ğa möv­zu ve­rir. Mən ki­no­mu­zun gə­lə­cə­yi­nə bö­yük ümid­lər­lə ba­xı­ram. Ar­zu edi­rəm ki, Azər­bay­can ki­no­su dün­ya ki­ne­ma­toq­ra­fi­ya­sın­da öz la­yiq­li ye­ri­ni tu­ta bil­sin”.
   Ə­mək­dar in­cə­sə­nət xa­di­mi, ki­no­şü­nas Ay­dın Ka­zım­za­də: “Bö­yük bir bay­ram­dır. Ki­no iş­çi­lə­ri­nin pe­şə bay­ra­mı. Bu bay­ra­ma al­nıa­çıq gə­li­rik. İs­tər ki­no­şü­nas­lıq, is­tər­sə də ya­ra­dı­cı­lıq sa­hə­sin­də. Ar­xi­və nə­zər sa­lan­da ki­no­mu­zun han­sı yol­lar­dan keç­di­yi­nin şa­hi­di olu­ruq. Gö­rün, Ni­za­mi Ki­no Mər­kə­zin­də nə qə­dər in­san top­la­şıb. Bu in­san­lar ki­no­muz­da əmə­yi ke­çən, ömür­lə­ri­ni bu sa­hə­yə həsr edən, ki­no­mu­zu ya­şa­dan və gə­lə­cə­yə apa­ran­lar­dır. Hər kə­si təb­rik edi­rəm”.
   Xalq ar­tis­ti Ama­li­ya Pə­na­ho­va: “Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yinin Ki­ne­ma­toq­ra­fi­ya şö­bə­si baş­da ol­maq­la, bü­tün ki­no iş­çi­lə­ri­mi­zi təb­rik edi­rəm. Bu gün ki­no­mu­za ye­ni qüv­və­lər, gənc nəsil cəlb olu­nub. On­la­rın is­te­da­dı­nı nə­zə­rə ala­raq dü­şü­nü­rəm ki, Azər­bay­can ki­no­su­nun sa­ba­hı par­laq­dır”.
   Xalq ar­tis­ti Hə­mi­də Ömə­ro­va: “İn­cə­sə­nə­tin bü­tün sa­hə­lə­rin­də ol­du­ğu ki­mi, ki­no­da da is­te­dad­lı gənc­lər var və on­lar ki­ne­ma­toq­ra­fi­ya­mı­zı in­ki­şaf et­di­rib gə­lə­cək nə­sil­lə­rə çat­dı­ra­caq­lar. Bü­tün sse­na­rist­lə­rə, ki­no­re­jis­sor­la­ra, akt­yor­la­ra, bu sa­hə­də ça­lı­şan hər kə­sə uğur­lu yol ar­zu­la­yı­ram”.
   
   Döv­lə­tin diq­qət və qay­ğı­sı sa­yə­sin­də ki­no­muz in­ki­şaf edir
   
   Ar­tıq təd­bi­rin baş­lan­ma­sı­na sa­yı­lı də­qi­qə­lər qa­lır. Mə­ra­sim Azər­bay­can ki­no­su­nun uğur­la­rı­nı əks et­di­rən vi­deo­fil­min nü­ma­yi­şi ilə baş­la­nır. Vi­deo­film­də son il­lər­də ki­no­mu­zun qa­zan­dı­ğı nai­liy­yət­lər, Azər­bay­can Res­pub­li­ka­sı Ki­ne­ma­toq­raf­çı­lar İt­ti­fa­qı­nın ke­çir­di­yi təd­bir­lər, Döv­lət Film Fon­du­nun fəa­liy­yə­ti öz ək­si­ni ta­pıb.
   Son­ra çı­xış üçün mə­də­niy­yət və tu­rizm na­zi­ri­nin müa­vi­ni Əda­lət Və­li­yev səh­nə­yə də­vət olu­nur. O, mə­də­niy­yət və tu­rizm na­zi­ri Əbül­fəs Qa­ra­ye­vin təb­ri­ki­ni ki­no ic­ti­maiy­yə­ti­nə çat­dır­dıq­dan son­ra Azər­bay­can ki­no­su­nun son 10 il­də əl­də et­di­yi uğur­lar­dan söz aç­ır.
   Bil­di­ri­lir ki, 115 il­lik ta­ri­xi ər­zin­də ki­no­mu­zun par­laq, ey­ni za­man­da, çox prob­lem­lər ya­şa­yan dövr­lə­ri də olub: “La­kin son on il ki­no sa­hə­si­nin ad­dım-ad­dım zən­gin­lə­şən, ye­ni­dən qu­ru­lan, dir­çəl­di­lən, in­ki­şaf et­di­ri­lən və bu gün çağ­daş nai­liy­yət­lər­lə zən­gin olan döv­rü­nə tə­sa­düf edir. Mü­qa­yi­sə et­sək, gö­rə­rik ki, əgər 2003-cü il­də Azər­bay­can ki­no­su­na mil­yon ya­rım ma­nat və­sait ay­rıl­mış­dır­sa, ha­zır­da bu məb­ləğ 7 mil­yon ma­nat təş­kil edir. 2003-cü ilə qə­dər Azər­bay­ca­nın ki­no sə­na­ye­sin­də il ər­zin­də 3-4 film çə­ki­lir­di­sə, son on il­də “A­zər­bay­can­film” ki­nos­tu­di­ya­sın­da 70-dən çox tam və qı­sa­met­raj­lı film çə­kil­miş­dir. Se­vin­di­ri­ci hal­lar­dan bi­ri də odur ki, son il­lər­də Azər­bay­can film­lə­ri dün­ya­nın 70-dən ar­tıq öl­kə­sin­də 100-ə ya­xın bey­nəl­xalq fes­ti­val­da nü­ma­yiş et­di­ril­miş­dir. Azər­bay­can ki­no­su ilk də­fə ola­raq xa­ri­ci döv­lət­lər­lə müş­tə­rək film çək­mək sə­viy­yə­si­nə­dək yük­səl­miş­dir”.
   Na­zir müa­vi­ni onu da qeyd et­di ki, son il­lər­də Azər­bay­can ilk də­fə ola­raq dün­ya şöh­rət­li Kann ki­no­fes­ti­va­lın­da təm­sil olu­nub. Öl­kə Pre­zi­den­ti­nin sə­rən­ca­mı ilə təs­diq olun­muş “A­zər­bay­can ki­no­su­nun 2008-2018-ci il­lər üz­rə in­ki­şa­fı­na da­ir Döv­lət Proq­ra­mı”­nın ic­ra­sı is­ti­qa­mət­ində mü­hüm iş­lər gö­rü­lür: “Bu­nun nə­ti­cə­si ola­raq 2009-cu il­də res­pub­li­ka­mız­da tək­cə re­gion­da de­yil, ümu­mən MDB mə­ka­nın­da ən bö­yük Film Fon­du ti­ki­lib is­ti­fa­də­yə ve­ril­miş­dir. Bu gün Döv­lət Film Fon­du­nun ar­xi­vin­də 65 mi­nə ya­xın film var­dır. Fon­dun sax­lanc yü­kü isə 650 min va­hi­də bə­ra­bər­dir”.
   2010-cu il­də Ni­za­mi Ki­no Mər­kə­zi­nin əsas­lı tə­mir-bər­pa­dan son­ra döv­lət baş­çı­sı İl­ham Əli­ye­v tərəfindən açı­lı­şı­nın ke­çi­ril­di­yi­ni xa­tır­la­dan na­zir müa­vi­ni C.Ca­bbar­lı adı­na “A­zər­bay­can­film” ki­nos­tu­di­ya­sı­nın ye­ni­dən qu­rul­ma­sı üçün təd­bir­lər gö­rül­dü­yü­nü bil­dir­di. Qeyd olun­du ki, “A­zər­bay­can­film­”in 90 il­lik yu­bi­le­yi ərə­fə­sin­də ki­nos­tu­di­ya­nın ye­ni­dən qu­rul­ma­sı ilə bağ­lı Azər­bay­ca­nın bi­rin­ci xa­nı­mı, Hey­dər Əli­yev Fon­du­nun pre­zi­den­ti, UNES­CO və İSES­CO-nun xoş­mə­ram­lı sə­fi­ri Meh­ri­ban Əli­ye­va­nın bi­la­va­si­tə iş­ti­ra­kı ilə Fran­sa­nın “STM” şir­kə­ti ilə da­nı­şıq­lar apa­rı­lıb. Ha­zır­da la­yi­hə sə­nəd­lə­ri­nin ha­zır­lan­ma­sı is­ti­qa­mə­tin­də mü­va­fiq ad­dım­lar atı­lır.
   Döv­lə­ti­mi­zin ki­no sa­hə­si­nə da­im diq­qət gös­tər­di­yi­ni de­yən Əda­lət Və­li­yev ki­no xa­dim­lə­ri­nin fəx­ri ad­la­ra, Pre­zi­dent tə­qaü­dü­nə, or­den və me­dal­la­ra la­yiq gö­rül­dük­lə­ri­ni vur­ğu­la­dı.

   Ki­no ve­te­ran­la­rı­na mü­ka­fat­lar təq­dim edildi
   
   Son­ra Azər­bay­can Res­pub­li­ka­sı Ki­ne­ma­toq­raf­çı­lar İt­ti­fa­qı­nın səd­ri, Xalq ar­tis­ti Şə­fi­qə Məm­mə­do­va səh­nə­yə çı­xa­raq bay­ram mü­na­si­bə­ti­lə təd­bir iş­ti­rak­çı­la­rı­nı təb­rik et­di. İt­ti­faq tə­rə­fin­dən “A­zər­bay­can­film­”in 90 il­li­yi ərə­fə­sin­də 20-dək ki­no ve­te­ra­nı­nın pul mü­ka­fa­tı və dip­lom­la­ra la­yiq gö­rül­dü­yü­nü bil­dir­di. Sev­da Ka­zı­mo­va (“Sal­na­mə” stu­di­ya­sı), La­lə Məm­mə­do­va (“­Mo­za­lan” ki­no­jur­na­lı), Ley­la Bə­sir­za­də, Sev­da Ək­bə­ro­va (hər iki­si Döv­lət Film Fon­du), Xə­di­cə Ha­cı­ye­va, Ja­net­ta Hü­sey­no­va, El­man Əli­yev, Akif Mus­ta­fa­yev (“A­zər­bay­can­film”) və di­gər­lər təl­tif olu­nan­lar bay­ra­mın iki­qat se­vin­ci­ni ya­şa­dı­lar.
   A­zər­bay­can Res­pub­li­ka­sı Ki­ne­ma­toq­raf­çı­lar İt­ti­fa­qı­nın ötən il tə­sis et­di­yi Mil­li Ki­no Mü­ka­fa­tı­nın 2013-cü il üz­rə lau­rea­tı isə Xalq ar­tis­ti, qo­ca­man ki­no xa­di­mi Ələd­din Ab­ba­sov­dur. Mü­ka­fat sə­nət­ka­rın qı­zı­na təq­dim edil­di. O, gös­tə­ri­lən bö­yük diq­qət və qay­ğı­ya gö­rə ata­sı­nın adın­dan Azər­bay­can Res­pub­li­ka­sı Ki­ne­ma­toq­raf­çı­lar İt­ti­fa­qı­na, Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nə tə­şək­kü­rü­nü bil­dir­di.
   
   “Dər­vi­şin qeyd­lə­ri”: hə­yə­can və se­vinc
   
   Zal­da əy­lə­şən­lər sı­ra­sın­da bay­ram hiss­lə­ri­ni ya­şa­maq­la bə­ra­bər, hə­yə­can ke­çi­rən və öz ye­ni iş­lə­ri­ni təq­dim et­mə­yə ha­zır­la­şan­lar var. On­lar Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin si­fa­ri­şi ilə 2013-cü il­də C.Cab­bar­lı adı­na “A­zər­bay­can­film” ki­nos­tu­di­ya­sın­da is­teh­sal edil­miş “Dər­vi­şin qeyd­lə­ri” fil­mi­nin ya­ra­dı­cı­la­rı­dır.
   Fil­mi­n ya­ra­dı­cı he­yə­ti səh­nə­yə də­vət olu­nur.
   Qu­ru­luş­çu re­jis­so­r, Xalq ar­tis­ti El­dar Qu­li­yev təd­bir iş­ti­rak­çı­la­rı­na tə­şək­kü­rü­nü bil­di­rir və qeyd edir ki, hər film hə­mi­şə ye­ni bir im­ta­han­dır: “Re­jis­sor öz fik­ri­ni ek­ran­da gös­tə­rir və is­tər­dim ki, film­lə bağ­lı fi­kir­lə­ri ta­ma­şa­çı­lar­dan eşi­dəm. Film­də təs­vir olu­nan ha­di­sə­lə­ri konk­ret ün­van­da ax­tar­maq la­zım de­yil­dir. Əsər müa­sir­dir və film­də təs­vir olu­nan ha­di­sə­lər­lə, fakt­lar­la, çox təəs­süf ki, müa­sir za­man­da da rast­la­şı­rıq. Am­ma heç kim bu film­də baş ve­rən ha­di­sə­lə­ri re­al qə­bul et­mə­sin. Çün­ki bu ha­di­sə­lər sse­na­ri müəl­lif­lə­ri­nin tə­xəy­yü­lü­nün məh­su­lu­dur və ta­ma­şa­çı­lar fil­mə bax­dıq­dan son­ra ta­rix­lə film ara­sın­da uy­ğun­luq ax­tar­ma­sın­lar”.
   İ­şıq­lar sö­nür və ye­ni film ek­ra­na gə­lir...
   “Dər­vi­şin qeyd­lə­ri” XIX əs­rin əv­vəl­lə­rin­də Azər­bay­can xan­lıq­la­rı­nın sü­qu­tu ərə­fə­sin­də baş ve­rən ha­di­sə­lər­dən bəhs edir. Ha­di­sə­lər Azər­bay­ca­nın iki­yə bö­lün­mə­si döv­rü­nə tə­sa­düf edir. Fil­min özəl­li­yi on­dan iba­rət­dir ki, Azər­bay­can ki­no­su ta­ri­xin­də ta­ri­xi-de­tek­tiv jan­rın­da çə­kil­miş ilk ek­ran əsə­ri­dir və ki­çik bir səh­nə­ni çıx­maq şər­ti­lə, film­də qa­dın ro­lu yox­dur.
   Fil­min sse­na­ri müəl­li­fləri El­dar Qu­li­yev və İl­qar Fəh­mi, qu­ru­luş­çu ope­ra­to­ru Yu­ri Var­novs­ki, qu­ru­luş­çu rəs­sam­la­rı Ma­is Ağa­bə­yov, Əziz Məm­mə­dov, bəs­tə­ka­rı Xalq ar­tis­ti Si­ya­vuş Kə­ri­mi, ic­ra­çı pro­dü­se­ri Vla­di­mir Dud­ni­çen­ko­dur. Rol­lar­da xalq ar­tist­lə­ri Fu­ad Po­la­dov, Cə­fər Na­miq Ka­mal, əmək­dar ar­tist­lər Pər­viz Məm­mədr­za­yev, Şöv­qi Hü­sey­nov, Qur­ban İs­ma­yı­lov və baş­qa­la­rı çə­ki­lib­lər.
   Nü­ma­yiş­dən son­ra ya­ra­dı­cı he­yət üzv­lə­ri­nin fi­kir­lə­ri­ni öy­rən­dik.
   
   “İn­di söz ta­ma­şa­çı­nın­dır”
   
   Bəs­tə­kar Si­ya­vuş Kə­ri­mi: “İlk ta­ri­xi-de­tek­tiv janr­da çə­kil­miş film­də əmə­yi­min ol­ma­sı mə­ni se­vin­di­rir. El­dar Qu­li­yev­lə ar­tıq 5-ci fil­mi­miz­dir və dü­şü­nü­rəm ki, bir­gə əmək­daş­lı­ğı­mız bun­dan son­ra da da­vam edə­cək. Film ma­raq­lı ob­raz­lar­la zən­gin­dir, akt­yor an­samb­lı da gö­zəl­dir. Bu­ra­da gör­kəm­li akt­yo­ru­muz Fu­ad Po­la­do­vun ro­lu­nu ön pla­na çək­mək is­tər­dim. Mən də ça­lış­dım ki, öz mu­si­qim­lə fil­min an­la­rı­nı da­ha da tə­sir­lən­di­rim və güc­lən­di­rim. Əl­bət­tə, son söz ta­ma­şa­çı­nın­dır”.
   Dər­viş ro­lu­nun ifa­çı­sı Pər­viz Məm­mədr­za­yev: “Hər rol­da özü­mü bir az qə­ri­bə hiss edi­rəm. Ça­lı­şı­ram ki, özü­mə ox­şa­ma­yım, am­ma nə qə­dər ol­ma­sa da, həm də özü­məm. Bu ob­ra­zın da öh­də­sin­dən gəl­mə­yə ça­lış­mı­şam”.
   Xan oğ­lu­nun lə­lə­si Ab­dal Kə­rim ro­lu­nu ifa edən Qur­ban İs­ma­yı­lov ob­ra­zı be­lə xa­rak­te­ri­zə edir: “Ab­dal Kə­rim sə­da­qət­li bir in­san­dır. Xan oğ­lu ana­dan olan­dan hə­mi­şə onun ya­nın­da olub, əziy­yə­ti­ni çə­kib. Öz öv­la­dı ol­ma­dı­ğı üçün xa­nın oğ­lu­nu doğ­ma ba­la­sı he­sab edib. Va­ri­sin öl­dü­rül­mə­si ha­mı­dan çox ona tə­sir edir. Xan oğ­lu­nun öl­dü­rül­mə­si­nə dö­zə bil­mir, ha­va­la­na­raq də­li olur. Ümu­mi­lik­də film­də­ki ob­raz­la­rın hər bi­ri­nin özü­nə­məx­sus key­fiy­yət­lə­ri var. Bü­tün he­yət ça­lış­dıq ki, rol­la­rı­mı­zın öh­də­sin­dən ba­ca­rıq­la gə­lək”.
   Fil­min ikin­ci re­jis­so­ru El­man Qa­sı­mov: “Mən­cə, sse­na­ri­də­ki ob­raz­lar çox yax­şı dü­şü­nül­müş­dür. Uzun il­lər­dir ça­lış­dı­ğım ki­nos­tu­di­ya­da ilk də­fə idi ki, ta­ri­xi-de­tek­tiv jan­rın­da film çə­ki­lib və bu iş­də mə­nim də adı­mın yer al­ma­sı­na se­vi­ni­rəm. Film­də bə­dii tər­ti­bat və mu­si­qi gö­zəl alı­nıb. Akt­yor he­yə­ti də üzə­ri­nə dü­şən işin öh­də­sin­dən gəl­mə­yə ça­lı­şıb. İn­di söz ta­ma­şa­çı­nın­dır”.
   Gö­rün­dü­yü ki­mi, fil­min he­yə­ti­ni da­ha çox ta­ma­şa­çı rə­yi ma­raq­lan­dı­rır. Elə bu­na gö­rə də fil­mi seyr et­mək is­tə­yən­lər, Ni­za­mi Ki­no Mər­kə­zi si­zin yo­lu­nu­zu göz­lə­yir.
   Bə­li, sə­nət ta­ri­xi ya­ra­dan­la­rın, onu nə­sil­dən-nəs­lə ötü­rən­lə­rin dü­nə­nin­dən baş­la­yır və biz də dü­nən­ki ki­no­mu­zu se­və­rək, bu­gün­kü ki­no­mu­zu in­ki­şaf et­di­rə­rək gə­lə­cək­dən ye­ni nai­liy­yət­lər göz­lə­yi­rik.
   
   La­lə Azə­ri