Lənkəran Dövlət Dram Teatrında oktyabrın 14-də şair-publisist Əjdər Olun “Biri vardı, biri yox” pyesi əsasında hazırlanmış “Meşəbəyinin dostları” musiqili nağıl-tamaşasının premyerası olub.
Uşaqlarda xeyirxahlıq, mərhəmət, ətrafdakılara köməklik göstərmək kimi nəcib hisləri aşılayan tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Rolları aktyorlar Allahverən Babayev, Emin Fərzullayev, Səyad Əliyev, Rauf Zeynalov, Ülkər Quliyeva və Nizami Qurbanov ifa ediblər.